Zelenski-Ərdoğan görüşü BAŞLADI

16:44 04.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş başlayıb.

Hafta.az xəbər verir ki, bununla bağlı Türkiyənin İletişim Başkanı Burhanettin Duran məlumat yayıb.

Məlumatda bildirilib ki, Ukrayna Prezidenti Volodimir Zelenski 4 aprel 2026-cı il tarixində Türkiyəyə işgüzar səfər edib. Qeyd olunub ki, İstanbulda keçirilən görüşlərdə Ukrayna ilə ikitərəfli gündəlikdə olan məsələlər, eləcə də regional inkişaflar müzakirə olunur.

Eyni zamanda, danışıqlarda “İstanbul Prosesi” başda olmaqla, atəşkəsin təmin edilməsi və uzunmüddətli sülhə nail olunmasına yönəlmiş səylər əsas müzakirə mövzularından biridir.